Tarix: 11-03-2022 | Saat: 19:43
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Bu gün qərara alındı ki, iki ölkə arasında sərhəd-keçid məntəqələrinin sayı artırılsın”.
Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında yol və şəhərsalma naziri Rüstəm Qasemi deyib.
O bildirib ki, Pandemiya dövründə hava nəqliyyatı iki ölkə arasında dayanmışdı: “Artıq bu bərpa olunub. Bütün sahələrdə əməkdaşlığın inkişafı, ikitərəfli əlaqələrin daha da inkişafının şahidi olacağıq”.
Qasemi Prezident Rəisinin prezidentliyi dövründə İranın bütün dünya ölkələri ilə, xüsusilə qonşu ölkələrlə yaxşı münasibətlər qurmaq və bunu inkişaf etdirmək istədiyini əlavə edib.
O bildirib ki, artıq 4 aydır Komissiyasının həmsədridir: “Şahin Mustafayevlə görüşlərimiz olub. İranla Azərbaycan xalqlarını bir-birinə birləşdirən çox bağlar var. Bugünkü iclasda imzalanan sənədlər yaxın gələcəkdə iki ölkə arasında ticarət dövriyəsinin həcmini Prezidentlərin istədiyi səviyyəyə qaldırmağa imkan verəcək. Bu gün Prezidentlə də bizim görüşümüz baş tutub. Cənab Prezident də vurğuladı ki, İranın şirkətləri azad olunmuş ərazilərdə bərpa işlərində iştirak etsinlər. Biz bu görüşdə əməkdaşıığın genişləndirilməsi üçün yol xəritəsi cızdıq”.
Digər xəbərlər