Saytımızı qiymətləndirin


 
 

Polad Həşimov, İlqar Mirzəyev və Şükür Həmidovun adları məktəblərə verilib
Tarix: 04-11-2021 | Saat: 16:43
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Polad Həşimov, İlqar Mirzəyev və daha 35 şəhidin adı əbədiləşdirildi (SİYAHI)

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbə verilib.

Qarabaginfo.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə” qərarda əksini tapıb.

Qərara əsasən, Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbə “Azərbaycanın Milli Qəhrəmanı” Polad İsrayıl oğlu Həşimovun adı verilib.

Bundan başqa qərara əsasən, Bakı şəhəri 98 nömrəli tam orta məktəbə “Azərbaycanın Milli Qəhrəmanı” İlqar Anzor oğlu Mirzəyevin, Qubadlı rayonu Xanlıq kənd 3 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Abşeron rayonunda yerləşir) “Azərbaycanın Milli Qəhrəmanı” Şükür Nəriman oğlu Həmidovun adı verilib.



Xəbəri paylaş

1280 dəfə oxunub.

Digər xəbərlər
18-03-2021, 13:43 Sabahın hava PROQNOZU