Saytımızı qiymətləndirin


 
 

Makron hansı halda Kiyevə qoşun göndəriləcəyini açıqlayıb
Tarix: 02-05-2024 | Saat: 16:37
Bölmə:Karusel / Siyasət | çapa göndər

makron-hansi-halda-kiyeve-qosun-gonderileceyini-aciqlayib

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya quru qoşunlarının mümkün göndərilməsi ilə bağlı sözlərindən imtina etmədiyini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, Makron bu barədə “The Economist”ə müsahibəsində danışıb. 

Lakin onun sözlərinə görə, bunun baş verməsi üçün əvvəlcə cəbhə dağılmalı və qoşunların göndərilməsi ilə bağlı müraciət Kiyevin özündən gəlməlidir.

Makron, həmçinin qeyd edib ki, bir çox Avropa ölkəsi hazırda Fransanın məsələ ilə bağlı mövqeyi ilə razıdır.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron fevralın 26-sı Qərb ölkələrinin liderləri ilə görüşün yekunlarına dair danışarkən Ukraynaya təcili dəstək üçün koalisiyanın yaradılmasını elan edib. Koalisiya Ukrayna ordusuna orta və uzaqmənzilli raket və bomba göndərilməsini nəzərdə tutur. Bununla yanaşı, Fransa lideri Qərb ölkələrinin qoşunlarının Ukraynaya göndərilə biləcəyini istisna etməmişdi. Onun bu açıqlaması Avropada birmənalı qarşılanmamışdı. 

 



Xəbəri paylaş

136 dəfə oxunub.

Digər xəbərlər