Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda oğulları ölən şəxslə bağlı məlumatları gizlədərək bir il pensiyasını alıblar
Tarix: 02-11-2021 | Saat: 12:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda qohumları ölən şəxslə bağlı məlumatları gizlədərək bir il pensiyasını alıblar

“Məhkəmə icraatında olan işlərin təxminən 70 %-i yaşa görə əmək pensiyasına çıxmaqla bağlı müraciətlərdir. Hansı ki, həmin işlər məhkəməyə daşınılır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının direktoru Abuzər Mütəllimov “Sosial saat”da deyib.

O qeyd edib ki, bu yaşda olan şəxslərin əksəriyyəti sovet dövründə işləyib: “Hansı ki, həmin iş yerləri hazırda mövcud deyil. Vətəndaş müraciət edib əmək kitabçasını tıqdim edəndə gedib onu yerində yoxlamaq mümkün olmur. Bəzən vətəndaşlar tərəfindən əmək kitabçalarına müdaxilə edir. Buna qarşı da ciddi mübarizə aparılır.

Digər problem isə əmək pensiyaçısı vəfat edən şəxs barədə müvafiq qurumlara vaxtında məlumat verilməməsidir. Qohumların da ölüm haqqında şəhadətnamənin çıxarılmaması ölən şəxsin pensiyasının dayandırılmaması deməkdir. Elə faktlarla qarşılaşırıq ki, təxminən 6 ay, yaxud 1 il müddətində rəhmətə gedən şəxsin pensiya kartından pul çıxarılır”.



Xəbəri paylaş

412 dəfə oxunub.

Digər xəbərlər