ANS telekanalı öz fəaliyyətini bərpa edib.
Qarabaginfo.az bildirir ki, bu barədə qurumdan verilən açıqlamada bildirlir.
ANS 16 fevral 2023-ci il tarixindən etibarən öz fəaliyyətini anspress.com saytı üzərindən davam etdirməsi barədə rəsmi açıqlama yayıb.
Saytda ANS ÇM radiosu işləyir, ANS telekanlının 5 dəqiqəlik xəbərləri yayımlanır. Burada həmçinin vaxtilə ANS-in efirində getmiş “CƏM” verilişinin yeni çəkilişlərini görmək mümkündür.
Portalın Baş redaktoru Seyfulla Mustafayev bildirib ki, bir ildən artıqdır portal üzərində işləyirlər. Bu günə qədər ancaq daxili istifadəçilər üçün fəaliyyət göstərib.
“Bütün ANS Press portalı bu gündən ictimaiyyət üçün açılıb. Bir ildən artıqdır bu portal üzərində işləyirlər, bu günə qədər ancaq daxili istifadəçilər üçün fəaliyyət göstərirdik. Xəbər bu portalın bir hissəsidir. Radioya qulaq asa bilərsiniz, televiziya var, bloqlar var və s. “Yəni anspress portalı, hesab edirəm ki, unikal bir platforma kimi fəaliyyət göstərəcək. Məsələn, oxucularımız, tamaşaçılarımız, yaxud dinləyicilərimiz bir toxunuşla tvseans.com-a keçə bilərlər və ən məşhur filmlərə üç dildə tamaşa edə bilərlər. Yaxud radioda ən son hitlərə qulaq asa bilərlər. Televiziya youtube kanalımıza bağlanır, bütün verilişlərə baxa bilərsiniz”.
Xatırladaq ki, ANS ilk dəfə 1991-ci ilin 26 noyabr tarixində “Xəbərçi” verilişi ilə efirə çıxıb. 2016-ci ildə Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozulmasını əsas gətirərək ANS televiziyasının efirini dayandırıb, lisenziyadan məhrum edib.