Saytımızı qiymətləndirin


 
 

Eldar Əzizov: Azərbaycanda yaşayış səviyyəsi yüksəkdir, özümüzü Fransa ilə müqayisə edə bilərik
Tarix: 08-05-2025 | Saat: 13:16
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bakı şəhərinin yeni icra başçısı Eldar Əzizov kimdir? - DOSYE | Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

İşğaldan azad olunan ərazilərdə işlər ildırım sürəti ilə aparılır.

Qarabaginfo.az xəbər verir ki, bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir və Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində deyib.

O bildirib ki, ölkədə bütün sahələrdə olan inkişaf prokurorluq orqanlarında da müşahidə olunur: "İşğaldan azad olunan ərazilərdə işlər ildırım sürəti ilə həyata keçirilir. Həmin ərazilərlə yanaşı, paytaxtda və digər regionlarda də inkişaf gedir, islahatlar aparılır. Digər postsovet ölkələrində durğunluq var, lakin bizim ölkəmizdə inkişaf sürətlə gedir. Azərbaycanda yaşayış səviyyəsi yüksəkdir. Biz bu gün özümüzü Fransa ilə də müqayisə edə bilərik. Lakin biz hazırda postsovet ölkələri ilə müqayisədə xeyli irəliləyik. Balaca ölkə olsaq da, sözümüz keçir".



Xəbəri paylaş

95 dəfə oxunub.

Digər xəbərlər