Saytımızı qiymətləndirin


 
 

Rusiya ordusu taktiki nüvə silahından istifadə üzrə təlimlərə başlayır
Tarix: 06-05-2024 | Saat: 13:05
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya ordusu qeyri-strateji nüvə silahlarından istifadənin tətbiq olunacağı təlimlər keçirəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Təlimlər yaxın vaxtlarda Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı adından baş tutacaq. Təlimlərə Cənub Hərbi Dairəsinin raket birləşmələri, aviasiya və dəniz qüvvələri cəlb olunacaq. Məqsəd qeyri-strateji nüvə qüvvələrinin döyüş tapşırıqlarını yerinə yetirmək üçün hazırlığı artırmaq, həmçinin döyüş tapşırıqlarının yerinə yetirilməsi, qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsi ilə bağlı məsələlərin praktiki sınaqdan keçirilməsidir”, – nazirliyin məlumatında deyilir.



Xəbəri paylaş

135 dəfə oxunub.

Digər xəbərlər