Saytımızı qiymətləndirin


 
 

Ümumi xəstəliklərə, o cümlədən koronavirusa yoluxan şəxslərə müavinət ödənilir
Tarix: 12-10-2021 | Saat: 14:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

Hüseyn Paşayev

 


Ümumi xəstəliklərə, o cümlədən COVİD-19 infeksiyasına yoluxan şəxsə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilir. Ancaq bunun üçün sığortaolunan sığortaedənə xəstəlik sənədi, yəni bülleten təqdim etməlidir.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru Hüseyn Paşayev bildirib.

Onun sözlərinə görə, bəzən vətəndaşlarda belə təssəvür yaranır ki, səhiyyə qurumları qanunvericiliklə üzərlərinə düşən vəzifələri düzgün yerinə yetirib, lakin Fond hansısa səbəblərdən o sənədləri ödənişə göndərmir: “Bu, belə deyil. Hər bir müəssisənin müavinət təyin edən komissiyası sığortaolunan müvafiq sənədləri təqdim etdikdə onun müavinət alıb-almamağı barədə hüququnun müəyyənləşdirilməsinə formal yox, diqqətlə yanaşmalıdır. Sığortaolunan ilk 14 gün ərzində davamlı xəstə olduqda müəssisə tərəfindən müavinət ödənilir. Xəstəlik 14 gündən artıq olduqda məcburi dövlət sosial sığortası hesabına ödəniş edilir. Əgər xəstəlik davamlı hesab olunmursa, o halda yenə də ilk 14 gün müəssisə tərəfindən ödəniş ediləcək. Xəstəlik davam edirsə, müvafiq tibb orqanı xəstəliyin davam etməsi ilə bağlı bülletendə qeyd etməlidir”.



Xəbəri paylaş

337 dəfə oxunub.

Digər xəbərlər