Tarix: 21-06-2026 | Saat: 14:05
Bölmə:Karusel / Dünya | çapa göndər
Cənubi Koreya dünyada ən sürətlə inkişaf edən silah ixracatçılarından birinə çevrilib.
Qarabaginfo.az xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında əksini tapıb.
Bu, silahlara tələbat yaradan iri münaqişələrin davam etdiyi, həmçinin Donald Tramp administrasiyasının NATO ölkələri qarşısında təhlükəsizlik öhdəliklərini azaltmaq niyyətini bəyan etdiyi dövrə təsadüf edir. Artıq Cənubi Koreya NATO üzvü olan Avropa ölkələrinə silah tədarükünün həcminə görə ABŞ-dan sonra ikinci yeri tutur. Koreya silahlarının alınmasına xüsusi maraq göstərən ölkələrdən biri Polşadır. Bu ölkə 2022-ci ildə Koreya Respublikası ilə 13,7 milyard dollar dəyərində müqavilə bağlayaraq K2 tankları, raket sistemləri, artilleriya qurğuları və digər hərbi texnikalar satın alıb.
Ölkələrin Koreya Respublikasını silah təchizatçısı kimi seçməsinin əsas səbəblərindən biri Seulun sürətli istehsal imkanlarıdır. Bu imkanlar Cənubi Koreya ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında uzun illər davam edən qarşıdurma nəticəsində formalaşıb. Cənubi Koreyada müdafiə sənayesi şirkətləri ölkənin ehtiyaclarını qısa müddətdə qarşılamaq üçün daim yüksək hazırlıq vəziyyətində fəaliyyət göstərirlər.
Koreya silahlarının nisbətən əlçatan olması da bu ölkəyə marağı artıran amillərdən biridir.
Proqnozlara əsasən, 2026-cı ildə Cənubi Koreyada dörd ən böyük müdafiə sənayesi şirkətinin – “Hanwha Group”, “Hyundai Rotem”, “LIG Nex1” və “Korea Aerospace Industries”-in ümumi gəliri təxminən 37 milyard dollar təşkil edəcək. Bu göstərici 2021-ci illə müqayisədə təxminən dörd dəfə çoxdur.
Digər xəbərlər

















