Saytımızı qiymətləndirin


 
 

Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı həbs edilib
Tarix: 06-10-2026 | Saat: 14:54
Bölmə:Karusel / Siyasət | çapa göndər

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin sabiq baş komandanı Kanat Niyazbekov

 

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin sabiq baş komandanı Kanat Niyazbekov həbs edilib.

Bu barədə “Tengrinews” Qazaxıstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, Niyazbekov Xəzər dənizində hərbi təlimlər zamanı hərbçilərin ölümü ilə bağlı cinayət işi çərçivəsində xidməti vəzifələrə səhlənkar münasibətdə şübhəli bilinir.

Qazaxıstan DİN-in məlumatına görə, keçmiş komandan saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, sentyabrın 24-də Qazaxıstanın Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı 17 hərbçini güclü külək dənizə aparıb. Onlardan 3-ü xilas edilib, 14 hərbçi isə həlak olub.

Hadisə ilə bağlı daha əvvəl beş yüksək rütbəli hərbçi saxlanılmışdı. İstintaq zamanı təlimlərin təşkili, təhlükəsizlik tədbirlərinə əməl olunması, hava şəraitinin nəzərə alınması və katerin texniki vəziyyəti araşdırılır.



Xəbəri paylaş

44 dəfə oxunub.

Digər xəbərlər