Saytımızı qiymətləndirin


 
 

Balasanyan Azərbaycan rəsmiləri ilə LAÇINA GETDİ
Tarix: 10-08-2022 | Saat: 17:31
Bölmə:Karusel / Siyasət / Qarabağ | çapa göndər

        Balasanyan Azərbaycan rəsmiləri ilə LAÇINA GETDİ

Ermənistan mediası separatçı rejimin qondarma Təhlükəsizlik Şurasının "katibi" Vitali Balasanyanın Azərbaycanın bir qrup rəsmi şəxsləri və Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə birlikdə Laçına səfər etməsi barədə məlumat yayıb. 

Cebhe.info-nun məlumatına görə, Balasanyanın Azərbaycan dövlət nümayəndələri ilə birlikdə görünməsi ermənlər arasında qalmaqala səbəb olub. 

Sözügedən xəbəri Laçın rayonunda qanunsuz məskunlaşmış ermənilərin “icma rəhbəri” Narek Aleksanyan da təsdiqləyib.  

Qondarma rejimin “Təhlükəsizlik Şurası Aparatı”ndan yayılan məlumatda da V.Balasanyanın Azərbaycan rəsmiləri və sülhməramlıların komandanı ilə birlikdə Laçına getməsi barədə təsdiqlənib: 

“Təhlükəsizlik Şurası katibinin Laçın şəhərinə səfərinə gəlincə, bu, 9 noyabr 2020-ci il üçtərəfli Bəyanatda razılaşdırılmış Qarabağı Ermənistanla birləşdirəcək yeni yolun tikintisinin gedişi ilə tanış olmaq məqsədi daşıyır. Səfər Rusiya sülhməramlı qüvvələrinin və Azərbaycan tərəfinin nümayəndələri ilə həyata keçirilib”.

Lakin məlumatda oxşar səfərin Zabux və Sus kəndlərinə edilmədiyi qeyd edilir. 



Xəbəri paylaş

1309 dəfə oxunub.

Digər xəbərlər