Saytımızı qiymətləndirin


 
 

Formula 1-in Azərbaycan Qran-prisi təxirə salındı
Tarix: 23-03-2020 | Saat: 16:08
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Formula 1-in Azərbaycan Qran-prisi təxirə salındı

 

Formula 1-in Azərbaycan Qran-prisi təxirə salınıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhər Halqası yayıb. 

Bu qərar Formula 1 rəhbərliyi, Beynəlxalq Avtomobil Federasiyası (FİA) və Azərbaycan hökuməti tərəfindən aparılmış birgə müzakirələr nəticəsində COVİD-19 virusunun geniş yayılması səbəbindən qəbul olunub. 

Məlumatda bildirlir ki, Formula 1 rəhbərliyi FİA və Azərbaycan höküməti ilə birlikdə Formula 1 Azərbaycan Qran-prisinin 2020-ci il yarış cədvəlindəki yeni tarixini tezliklə dəqiqləşdirib bu haqda ictimaiyyəti məlumatla verəcək. 

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-prisi 2020 yarışı üçün indiyədək alınmış biletlər keçərli sayılır və əldə olunan bütün hüquqlar yarışın yeni tarixinə olduğu kimi köçürülür. Yarışın yeni tarixi müəyyənləşəndən sonra bu günə qədər həm əməliyyat şirkətinin rəsmi vebsaytından, həm də digər kanallar vasitəsilə bilet alanlara yeni seçimlər barədə ətraflı məlumat veriləcək.



Xəbəri paylaş

392 dəfə oxunub.

Digər xəbərlər