Saytımızı qiymətləndirin


 
 

Britaniya səfiri Azərbaycan Dili Günü ilə bağlı paylaşım edib
Tarix: 01-08-2026 | Saat: 17:10
Bölmə:Karusel / Dünya | çapa göndər

Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman

 

Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman 1 Avqust - Azərbaycan Dili Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Qarabaginfo.az xəbər verir ki, diplomat bununla bağlı "X" sosial şəbəkəsində videomüraciət yayımlayıb.

"Azərbaycan dili xalqınızın zəngin tarixini, mədəniyyətini və milli kimliyini nəsildən-nəslə ötürən qiymətli irsidir. Bu əlamətdar günü qeyd edərkən əminəm ki, Azərbaycan dili və ədəbiyyatı gələcək nəsillər üçün də ilham mənbəyi olmağa davam edəcək", – deyə Səfir bildirib.

Videomüraciətdə səfir Xalq şairi Bəxtiyar Vahabzadənin məşhur "Ana dili" şeirindən də misralar səsləndirib.

Qeyd edək ki, 1 avqust Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu gün 2001-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla təsis edilib.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər