Tarix: 30-07-2025 | Saat: 12:18
Bölmə:Karusel / Siyasət | çapa göndər
Türkiyə Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçiriləcək.
Qarabaginfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün günorta saatlarında Ankarada başlayacaq toplantında Türkiyə sərhədləri daxilində və xaricində yaşanan hadisələr müzakirə olunacaq.
2025-ci il ərzində dördüncü dəfə baş tutacaq iclasın ən önəmli gündəmi "Terrorsuz Türkiyə" vizyonu çərçivəsində atılan növbəti addımlar olacaq. PKK-nın simvolik olaraq tərksilah edilməsinin ardından bölgədə baş verən son hadisələr və parlament komissiyası fəaliyyəti müzakirə ediləcək.
Görüşdə meşə yanğınları, eləcə də Rusiya-Ukrayna müharibəsi və Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında münasibətlərin müzakirə olunacağı gözlənilir.
Digər tərəfdən MGK-nın general və admiralların təyinatlarını təyin edən Ali Hərbi Şuranın təqvimini müzakirə etməsi gözlənilir .
Digər xəbərlər