Ana Sayfa > Karusel / Siyasət > Ankarada vacib toplantı - Ərdoğan komandası ilə Azərbaycanı MÜZAKİRƏ EDƏCƏK
Ankarada vacib toplantı - Ərdoğan komandası ilə Azərbaycanı MÜZAKİRƏ EDƏCƏK30-07-2025, 12:18. Yazar: Admin |
Türkiyə Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçiriləcək. Qarabaginfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün günorta saatlarında Ankarada başlayacaq toplantında Türkiyə sərhədləri daxilində və xaricində yaşanan hadisələr müzakirə olunacaq. 2025-ci il ərzində dördüncü dəfə baş tutacaq iclasın ən önəmli gündəmi "Terrorsuz Türkiyə" vizyonu çərçivəsində atılan növbəti addımlar olacaq. PKK-nın simvolik olaraq tərksilah edilməsinin ardından bölgədə baş verən son hadisələr və parlament komissiyası fəaliyyəti müzakirə ediləcək. Görüşdə meşə yanğınları, eləcə də Rusiya-Ukrayna müharibəsi və Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında münasibətlərin müzakirə olunacağı gözlənilir. Digər tərəfdən MGK-nın general və admiralların təyinatlarını təyin edən Ali Hərbi Şuranın təqvimini müzakirə etməsi gözlənilir . Geri dön |