Saytımızı qiymətləndirin


 
 

Paşinyan: "Müharibənin qarşısını almağın yeganə yolu Qarabağın statusunu müəyyən etmədən ərazilərin qaytarılmasıdır"
Tarix: 11-12-2021 | Saat: 23:23
Bölmə:Karusel / Region | çapa göndər

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib. O, deputatlara Qarabağla bağlı keçmiş danışıqlar sənədlərini göstərməyə hazır olduğunu açıqlayıb.

“Qarabağ üçün heç bir şans buraxmadınız. Siz indiyə qədər müharibənin qarşısını necə alacağınız barədə bir kəlmə də danışmamısınız. Gedin fikirləşin ki, 2018-ci ildə, 2019-cu ildə, 2020-ci ildə nə etdiniz ki, müharibə olmasın. Niyə etmirsiniz? Mən deyirəm ki, müharibənin qarşısını almağın yeganə yolu Qarabağın statusunu müəyyən etmədən ərazilərin qaytarılmasıdır. Bunu bütün məsuliyyətimlə bəyan edirəm. Əvvəlki hakimiyyət Qarabağın Azərbaycanın tərkibindən kənarda qalmasına nəzəri imkan belə qoymadı”, – deyə Paşinyan bildirib.

“Sizin müdafiə naziriniz Seyran Ohanyan deyib ki, cəbhə xəttində boş konserv qutuları asmaq lazımdır ki, Azərbaycan əsgərləri yaxınlaşanda eşidə bilək”, – Baş nazir deyib.(konkret.az)



Xəbəri paylaş

1454 dəfə oxunub.

Digər xəbərlər
9-02-2019, 10:43 Bürclər- 9 fevral