Saytımızı qiymətləndirin


 
 

2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Tarix: 16-09-2026 | Saat: 21:22
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb

Azərbaycan hökuməti 2027-ci ildə ölkədə illik inflyasiyanın 5,3% təşkil edəcəyini proqnozlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2027-ci il üzrə makroiqtisadi proqnozlarında qeyd olunub.

Bildirilib ki, proqnoz cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsi, dünya bazarında əmtəə və ərzaq qiymətlərinin dinamikası, idxal qiymətlərinə təsirlər, nominal effektiv məzənnə indeksinin dəyişimi, məzənnənin sabit qalması fərziyyələri və tənzimlənən tariflərin mümkün təsirləri nəzərə alınmaqla hazırlanıb.

Maliyyə Nazirliyi 2026-cı ildə Azərbaycanda illik inflyasiyanın 5,7% olacağını gözləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% artıb.



Xəbəri paylaş

9 dəfə oxunub.

Digər xəbərlər