Saytımızı qiymətləndirin


 
 

Ermənistan Müdafiə Nazirliyində “kadr talanı“
Tarix: 08-12-2021 | Saat: 17:45
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan Müdafiə Nazirliyində “kadr talanı“

Ermənistan Müdafiə Nazirliyində "kadr talanı" başlayıb.

Qarabaginfo.az “Joxovurd” qəzetinə istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin baş katibi Artur Sarkisyan vəzifəsindən azad edilib.

“Nikol Paşinyan 27 iyul 2020-ci ildə ilin birinci yarısı üzrə hesabatının müsbət nəticəsi əsasında Artur Sarkisyanı mükafatlandırıb. Baş katibin müavini - Müdafiə Nazirliyi Katibliyinin rəisi Suren Poqosyan da vəzifəsindən azad edilib”, - deyə nəşrdə qeyd olunur.

“Joxovurd” qəzetinin məlumatına görə, Ermənistanın müdafiə naziri Suren Papikyanın təyinatdan sonra Müdafiə Nazirliyinin müxtəlif idarələrinin əməkdaşlarını mütəmadi olaraq qəbuluna çağırır və onların funksiyaları ilə şəxsən tanış olur.

"Müdafiə Nazirliyinin rəhbərliyində keçirilən müşavirələrin yekunlarına əsasən müəyyən təhlillər aparılıb və qərara alınıb ki, nazirlikdə formalaşmış “ənənələr”i istisna etmək üçün kadr dəyişiklikləri idarələrin əməkdaşlarından başlansın.

Məsələ burasındadır ki, yeni təyin olunmuş nazirə tapşırılıb ki, nazirliyin struktur bölmələrində çalışanlar öz işlərinə görə məsuliyyəti bir-birlərinə yükləyirlər və çox vaxt işlər irəli getmir. Belə halları istisna etmək üçün Müdafiə Nazirliyinin bəzi idarələrində yaxın vaxtlarda ümumi ixtisarlara başlanılacaq”, – deyə qəzetin məlumatında bildirilir.(Yenisabah.az)



Xəbəri paylaş

1269 dəfə oxunub.

Digər xəbərlər