Saytımızı qiymətləndirin


 
 

Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü ilə bağlı öz etirazını bildirən ölkədir
Tarix: 02-03-2022 | Saat: 16:22
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü ilə bağlı öz etirazını bildirən ölkədir

BMT Baş Assambleyası sədrinin Universal peyvəndlənmə üçün səylərin artırılması mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələrdə Prezident İlham Əliyevin milli qisimdə və Qoşulmama Hərəkatının Sədri kimi Hərəkata üzv dövlətlər adından təqdim olunan videoformatda çıxışı qlobal həmrəyliyə öz töhfəsini verməklə yanaşı, Azərbaycanın beynəlxalq ictimaiyyətin məsuliyyətli və bəşəri dəyərlərinin fəal müdafiəçisi kimi statusunu daha da gücləndirməyə, eyni zamanda, kasıb ölkələrə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rola malik olması baxımından bir çağırış idi.

Qarabaginfo.az-ın xəbərinə görə, bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

İndiyədək Azərbaycan bu istiqamətdə bir sıra vacib və dəyərli təşəbbüslərlə çıxış edib, dünya güclərini həmrəyliyə çağırıb. Məhz, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının uğurla keçirilməsi, təşkilatın vaksinasiya ilə əlaqədar qətnamə qəbul etməsi Azərbaycanın beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinə böyük töhfələri hesab edilir.

Prezident İlham Əliyev pandemiya ilə qlobal miqyasda mübarizədə tutduğu ədalətli mövqeyinə görə beynəlxalq ictimaiyyətin rəğbətini qazanıb. Belə ki, Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü ilə bağlı öz etirazını bildirən ölkədir. Çünki pandemiyaya ölkələr milli səviyyədə deyil, beynəlxalq səviyyədə, birlikdə mübarizə apararaq qalib gələ bilərlər. Əlbəttə, bu təşəbbüslə artıq Azərbaycan bir neçə dəfə çıxış edib. Cənab Prezidentin təşəbbüsü ilə Qoşulmama Hərəkatının sədri qismində Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısı keçirilib. Həmçinin yenə ölkə başçısının təşəbbüsü ilə 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycan bu mübarizədə də nümunəvi addımları ilə dünyaya dərs keçmiş oldu.

Hazırda COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələr arasında mövcud bərabərsizlik qısa zamanda beynəlxalq ictimaiyyətin pandemiyadan tamamilə xilasına mənfi təsir göstərir və prosesin uzanmasını şərtləndirir. Nəticədə həmin amil Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin reallaşdırılmasına mane olur. Aydındır ki, varlı və kasıb ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə davamlı olaraq Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidenti İlham Əliyevin gündəliyində olub. Qlobal mübarizəyə töhfə məqsədilə Azərbaycanın koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları edib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə ayırıb, 2021-ci ilin noyabrında daha beş ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim edib. Hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi davam edir.

Bildiyimiz kimi, Azərbaycan pandemiya ilə mübarizədə dünyada ən uğurlu ölkələr sırasındadır. Ölkəmizdə dövlət tərəfindən vaxtında həyata keçirilən tədbirlər nəticəsində infeksiyanın xeyli dərəcədə azaldılmasına nail olunub və yoluxma sayı azalıb. Azərbaycan Cənubi Qafqazda vaksinasiya işlərinə start verən ilk ölkədir. Ölkəmizdə peyvəndləmə kampaniyasına 2021-ci il yanvar ayından başlanılıb. Azərbaycanda ümumi əhalinin təxminən 47 faizi, yetkin əhalinin isə 68 faizi COVID-19 peyvəndinin hər iki dozası üzrə peyvənd olunmuşdur. Bütün məsələlərdə olduğu kimi, vaksinasiyada da ədalət prinsipinə riayət olunması əsas vəzifələrdən hesab edilir.



Xəbəri paylaş

321 dəfə oxunub.

Digər xəbərlər