Saytımızı qiymətləndirin


 
 

Gürcüstan universitetlərinə əcnəbilərin qəbulu qanunla tənzimlənəcək
Tarix: 17-10-2025 | Saat: 15:15
Bölmə:Karusel / Təhsil / Region | çapa göndər

Gürcüstan universitetlərinə əcnəbilərin qəbulu qanunla tənzimlənəcək

Gürcüstanın dövlət ali məktəblərinə əcnəbi tələbələrin qəbulunun qanunla tənzimlənəcəyi gözlənilir.

Qarabaginfo.az xəbər verir ki, bu yenilik ölkədə təhsil sahəsində həyata keçirilməsi planlaşdırılan islahatlarda nəzərdə tutulub.

Yeni qaydalara əsasən, dövlət universitetləri xarici tələbələri müəyyən olunacaq konkret prinsip əsasında qəbul edə biləcək. Məqsəd ali məktəbləri xarici ölkələrdən tələbə cəlb etməklə mənfəətlərini artırmağa deyil, daxili bazar üçün mütəxəssislərin hazırlanmasına istiqamətləndirməkdir.

Qeyd edək ki, 2024-2025-ci tədris ilində Gürcüstan universitetlərində təhsil alan əcnəbilərin sayı 37 125 nəfər təşkil edir. Bu göstərici əvvəlki tədris ili ilə müqayisədə 6 424 nəfər çoxdur.

Qonşu ölkədə ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı isə 860 nəfərdir. Onların 376-sı dövlət, 484-ü isə özəl universitetlərin tələbələridir.



Xəbəri paylaş

112 dəfə oxunub.

Digər xəbərlər