Tarix: 11-10-2026 | Saat: 11:18
Bölmə:Karusel / Siyasət | çapa göndər
III Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü və sonuncu mərhələsinə start verilib.
Qarabaginfo.az xəbər verir ki, 6 ölkədən 97 atletin qatıldığı sonuncu mərhələdə iştirakçılar Ağdamdan Xankəndiyə qədər 29,2 km məsafə qət edəcəklər.
Bununla da idmançılar dörd gün ərzində ümumilikdə 192 km məsafə qət edərək finişə çatacaqlar.
Qeyd edək ki, ultramarafon dörd mərhələdən ibarətdir: Qəbələ–Ağdaş (52,5 km), Ağdaş–Bərdə (63,5 km), Bərdə–Ağdam (46,8 km) və Ağdam–Xankəndi (29,2 km). Hər mərhələnin qalibləri ayrıca mükafatlandırılır, ümumi təsnifatın qalibləri isə baş mükafata layiq görüləcəklər.
İlk üç mərhələnin yekunlarına əsasən, kişilər arasında Gürcüstan təmsilçisi David Xarazişvili, qadınların mübarizəsində isə ukraynalı Olena Şevçenko bütün mərhələlərdə birinci yeri tutub.
Ultramarafonun əsas məqsədi sağlam həyat tərzini və qaçış idmanını təbliğ etmək, həmçinin Azərbaycanın müxtəlif bölgələrini idman vasitəsilə tanıtmaqdır.
Xatırladaq ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. 380 km məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə Qəbələ–Xankəndi marşrutu üzrə keçirilən ultramarafona altı ölkədən 81 atlet qatılıb.
Digər xəbərlər
















