Tarix: 14-10-2025 | Saat: 10:32
Bölmə:Karusel / Təhsil | çapa göndər

Keyfiyyətli təhsil olmadan dayanıqlı inkişaf mümkün deyil.
Qarabaginfo.az xəbər verir ki, bunu “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda keçirilən tədbirdə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva deyil.
"Bu gün 7-ci DİM Dialoqu təhsilə yönəlib. Bu Dialoq BMT-nin 80 illik yubileyinə təsadüf edir. Bizim missiyamız dəyişməz qalır: Hamı üçün sülh və tərəfdaşlığı təbliğ etmək. DİM Dialoqları bizim əməkdaşlıqların ruhunu dəstəkləyir. Bu, bizim fikirlərimizi bölüşməyə imkan yaradır. Bundan sonra da DİM Dialoqları etibarlı mənbə kimi xidmət edəcək”, - BMT rəsmisi qeyd edib.
Onun sözlərinə görə, “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” proqramının növbəti mərhələsi 2026-2030-cu illəri əhatə edəcək. Bu proqramın da əsas istiqamətlərdən biri təhsil olacaq.
Digər xəbərlər


















