Ana Sayfa > Karusel / Təhsil > Vladanka Andreeva: Keyfiyyətli təhsil olmadan dayanıqlı inkişaf mümkün deyil
Vladanka Andreeva: Keyfiyyətli təhsil olmadan dayanıqlı inkişaf mümkün deyil14-10-2025, 10:32. Yazar: Admin |
|
Keyfiyyətli təhsil olmadan dayanıqlı inkişaf mümkün deyil. Qarabaginfo.az xəbər verir ki, bunu “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda keçirilən tədbirdə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva deyil. "Bu gün 7-ci DİM Dialoqu təhsilə yönəlib. Bu Dialoq BMT-nin 80 illik yubileyinə təsadüf edir. Bizim missiyamız dəyişməz qalır: Hamı üçün sülh və tərəfdaşlığı təbliğ etmək. DİM Dialoqları bizim əməkdaşlıqların ruhunu dəstəkləyir. Bu, bizim fikirlərimizi bölüşməyə imkan yaradır. Bundan sonra da DİM Dialoqları etibarlı mənbə kimi xidmət edəcək”, - BMT rəsmisi qeyd edib. Onun sözlərinə görə, “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” proqramının növbəti mərhələsi 2026-2030-cu illəri əhatə edəcək. Bu proqramın da əsas istiqamətlərdən biri təhsil olacaq. Geri dön |