Tarix: 17-10-2025 | Saat: 14:32
Bölmə:Karusel / Kriminal | çapa göndər
Dövlət Təhlükəsizlik Xidmətininin İstintaq Baş İdarəsində aparılan istintaq çərçivəsində PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev növbəti dəfə ifadə verib.
Qarabaginfo.az Gununsesi.info-ya istinadla xəbər verir ki, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Ramiz Mehdiyev dünən 7 saata yaxın müstəntiqlərin suallarını cavablandırıb.
Mehdiyevi dövlət tərəfindən təqdim edilən vəkil Zaur Abıyev müşayiət edib.
Məlumatda o da bildirilir ki, Ramiz Mehdiyev istintaqa gələrkən əlində əsa olub.
PA-nın sabiq rəhbəri CM-nin 274 (dövlətə xəyanət) və 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddələri ilə ittiham olunur.
Səbail Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Digər xəbərlər















%20(4):1200.jpg)


