Tarix: 18-10-2025 | Saat: 08:39
Bölmə:Karusel / Dünya | çapa göndər
Almaniya kansleri Fridrix Merz, bir sıra digər Avropa liderləri və NATO-nun baş katibi Mark Rutte Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb və o, ABŞ prezidenti Donald Trampla görüşü barədə onlara məlumat verib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniyanın Nazirlər Kabinetinin sözçüsü Stefan Kornelius məlumat verib.
"Almaniya kansleri Fridrix Merz digər Avropa dövlət və hökumət başçıları, həmçinin NATO-nun baş katibi və Aİ qurumlarının rəhbərləri ilə birlikdə bu axşam Volodimir Zelenski ilə telefon danışığı aparıb", - Kornelius qeyd edib.
O əlavə edib ki, Zelenski avropalı tərəfdaşlarını ABŞ prezidenti Donald Trampla konstruktiv görüşü haqqında məlumatlandırıb.
"Almaniya kansleri Merz və tərəfdaşları bu yaxın transatlantik əməkdaşlığı alqışladılar və Ukrayna üçün ədalətli və davamlı sülhə nail olmaq üçün səylərin vacibliyini vurğuladılar", - Almaniya hökumət sözçüsü bildirib.
Digər xəbərlər