Saytımızı qiymətləndirin


 
 

Çavuşoğlu ilə isveçli nazir arasında mübahisə düşdü
Tarix: 19-05-2022 | Saat: 11:35
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının (BMT) iclasında çıxış edərkən İsveçdən olan həmkarı ilə onun arasında mübahisə yaranıb. 

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

 

Çavuşoğlu Beynəlxalq Miqrasiya İcmalı Forumunda İsveçin xarici işlər naziri Ann Lindeyə səsini ucaldaraq “Feminist siyasətinizdən bezdim” deyib. İki tərəf arasında gərgin anlar yaşanıb.

 

Qeyd edək ki, Çavuşoğlu və həmkarı arasında mübahisəyə səbəb İsveçin NATO-ya üzvlük problemi ilə bağlı olub. Belə ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv seçilməsini dəstəkləmir. Rəsmi Ankara bu iki ölkənin NATO-ya qoşulmasına qəti şəkildə razı deyil. Səbəb olaraq Finlandiya və İsveçdə PKK-nın terror təşkilatı kimi tanınmaması, FETÖ terrorçularının Türkiyəyə qaytarılmasına rədd cavabının verilməsi göstərilir. Türkiyə mövqeyini israrla müdafiə edərək, Finlandiya və İsveç qarşısında 10 təklifdən ibarət şərtlər qoyub. Əgər adları çəkilən ölkələr Türkiyənin şərtlərini qeyd-şərtsiz qəbul etsələr, NATO-ya üzv olmaq şansı qazanacaqlar.



Xəbəri paylaş

211 dəfə oxunub.

Digər xəbərlər