Saytımızı qiymətləndirin


 
 

"Əliyev istədiyi vaxt, istədiyi formada..." - Ərdoğanın mesajı
Tarix: 24-09-2021 | Saat: 22:32
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

Ərdoğan ABŞ səfərinin sonunda elə Amerika torpaqlarından diqqətçəkən açıqlamalar verdi.

Bayden-Putin müqayisəsi:

Baydenlə münasibətlərinin ABŞ-ın əvvəlki prezidentləri ilə müqayisədə yaxşı başlamadığını, onun Suriyada terrorçulara silah-sursat göndərdiyinə laqeyd qalmayacaqlarını dedi: Vaşinqton və Ankaranın PKK-nın Suriya qolu olan PYD/YPG terrorçuları məsələsində fikir ayrılığı davam edir; İlk görüşdə olduğu kimi, ikinci görüşdə də Ərdoğanla Bayden bu məsələdə razılaşa bilməyib, əslində Vaşinqton Ankara ilə həll edilməyən köhnə problemləri kənara qoyub, önə baxmaq istəyir, lakin Türkiyə terrorçulara dəstəyin “qırmızı xətti” olduğunu növbəti dəfə bəyan edir.

Ərdoğanın bunu Amerika torpaqlarında və Soçi səfərindən öncə açıqlaması iki cəbhəyə də verilən mesajdır:

- Baydenə “Putinlə anlaşmağa gedirəm” deyir;

- Putinə “Baydenlə anlaşmadım” demək istəyir.

Mövzu Suriya – İdlib və PYD/YPG terrorçuların yerləşdiyi şimal cəbhəsində kartların yenidən paylanılmasıdır: ruslar Suriyada Əsədə, amerikalılar terrorçulara açıq dəstək verir; Türkiyə iki cəbhə arasında manevr etməklə İdlibdə mövqelərini qorumaq niyyətindədir, Ərdoğanın Putinə müsbət mesajları da buna hesablanıb.

Hərçənd, Putinlə təkcə İdlibi müzakirə etməyəcəyini vurğulayır və açıqlamalarından da məlum olur ki, Cənubi Qafqazdakı vəziyyət və masada olacaq.

Paşinyanın müsbət siqnalı:

Türkiyə təklif etdiyi “Altılıq platforması”nı Gürcüstana görə gecikdirməmək üçün “beşlik” formatında reallaşmasını gündəmə gətirir və Soçidə bu istiqamətdə müsbət razılaşmaların olacağı gözləntisi böyükdür. Ərdoğanın Paşinyan açıqlaması da buna hesablanıb:

- bu, Ankara-İrəvan xəttindəki danışıqların nəticə verdiyi, Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı şərtinin Ermənistan tərəfindən qəbul edildiyi deməkdir;

- görüşdə Ərdoğanla Putinin Ermənistanla bağlı məsələni müzakirə edəcəyi və beşlik formatına qərar verəcəkləri gözləniləndir.

Əliyevin önəmi:

Soçi görüşündə ən vacib məsələdən birinin də Bakının təqdim etdiyi sülh sazişinin olması istisna deyil: Ərdoğan Putinlə məsələni müzakirə edəcək və İlham Əliyevin proqramı çərçivəsində həllinə çalışacaq; “İlham Əliyev istədiyi vaxt, istədiyi formada Putinlə danışır, görüşür, çox qısa zamanda əlaqələrimizi qurub müzakirələrimizi apara bilirik” sözləri bu kontekstdə təsadüfi deyildi:

1. Ərdoğan Putinə İlham Əliyevin regionda önəmli oyunçu olduğunun, Ankara-Moskva münasibətlərində xüsusi rol oynadığının mesajını verir və bununla əhəmiyyətli oyunçunun istəklərinin nəzərə alınmasının vacibliyini çatdırır;

2. Əliyevin önəmini Amerika torpaqlarında önə çəkməklə, Vaşinqtona da Cənubi Qafqazda Bakının güc balansındakı yerini göstərir.

Soçidə Ərdoğan-Putin görüşü regionun gələcəyi və Qarabağda Azərbaycanı narahat edən məsələlərin müəyyən qədər həlli baxımından həlledici ola bilər.(Axar)

 



Xəbəri paylaş

1268 dəfə oxunub.

Digər xəbərlər