Saytımızı qiymətləndirin


 
 

Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
Tarix: 17-04-2024 | Saat: 21:23
Bölmə:Karusel / Dünya | çapa göndər

Yenidən ABŞ prezidenti postu uğrunda mübarizə aparan sabiq dövlət başçısı Donald Tramp amerikalı seçicilərin dəstəyi baxımından ölkənin hazırkı rəhbəri Cozef Baydenə uduzur.

Bunu “Echelon Insights” tədqiqat təşkilatının keçirdiyi sorğunun nəticələri göstərir.

Seçicilərə “2024-cü ilin prezident seçkiləri bu gün keçirilsəydi, kimə səs verərdiniz?” sualı ünvanlanıb, namizədlər isə Demokratlar Partiyasından Bayden, Respublikaçılar Partiyasından Tramp olub. Respondentlərin 49 %-i Baydeni, 46 %-i isə Trampı dəstəkləyəcəyini bildirib.

Tədqiqatın nəticələrinin statistik xətası 3,9 faiz bəndi təşkil edir. Tədqiqat 12-14 aprel tarixlərində aparılıb. Sorğuda bu il ABŞ-da keçiriləcək prezident seçkilərində səs vermək niyyətində olan 1,2 min nəfər iştirak edib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. (Report)



Xəbəri paylaş

188 dəfə oxunub.

Digər xəbərlər