Saytımızı qiymətləndirin


 
 

Zelenski Danimarka Baş naziri ilə F-16-ların Ukraynaya çatdırılmasını müzakirə edib
Tarix: 08-05-2024 | Saat: 15:18
Bölmə:Karusel / Dünya | çapa göndər

Zelenski Danimarka Baş naziri ilə F-16-ların Ukraynaya çatdırılmasını müzakirə edib

Ukrayna Prezidenti Vladimir Zelenski və Danimarka Baş naziri Mette Frederiksen arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezident Zelenski "X" hesabında bildirib.

Prezident Zelenski Danimarka Baş nazirinə Rusiyanın Ukraynanın mülki infrastrukturuna ən son hava hücumları barədə məlumat verib.

"Biz Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, döyüş sursatlarının çatdırılması və enerji sistemimizi gücləndirmək üçün tərəfdaşlarımızla birgə fəaliyyətimizi müzakirə etdik. Ukraynanın tərəfdaşları tərəfindən elan edilmiş hərbi yardım paketlərinin döyüş meydanına çatdırlmasına kritik ehtiyac olduğunu vurğuladım. F-16 təyyarələrinin Ukraynaya təhvil verilməsini sürətləndirmək üçün lazım olan qərarları da müzakirə etdik", - Ukrayna dövlət başçısı bildirib.

O qeyd edib ki, Danimarka Baş naziri Mette Frederiksen İsveçrədə keçiriləcək ilk Sülh Sammitində iştirakını təsdiqləyib.



Xəbəri paylaş

134 dəfə oxunub.

Digər xəbərlər