Saytımızı qiymətləndirin


 
 

Jurnalist Səbuhi Məmmədlinin vəziyyəti yenidən pisləşib
Tarix: 12-01-2024 | Saat: 12:05
Bölmə:Karusel / Sosial | çapa göndər

Jurnalist Səbuhi Məmmədlinin vəziyyəti yenidən pisləşib. 

Jurnalist bu gün səhər saatlarında ağır vəziyyətdə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Lakin jurnalistin vəziyyəti ağır olduğu üçün xəstəxana onu qəbul etməyib. Bildirilib ki, o, reanimasiya şəraitində dialezə qoşulmalıdır və bu şərait həmin xəstəxanada yoxdur.

Əlacsız qalan jurnalist “Zəfəran” klinikasına aparılıb. Həmin klinika da xəstəni qəbul etməkdən imtina edib.

Ailəsi jurnalisti yenidən Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirib.

TƏBİB-dən Lent.az-a bildirib ki, jurnalistə Respublika Klinik Xəstəxanasında ilkin yardım göstərilir.



Xəbəri paylaş

198 dəfə oxunub.

Digər xəbərlər