Vəzifəli şəxsin qardaşını öz oğlu güllələyibmiş - Təfərrüat
Tarix: 07-03-2025 | Saat: 11:14
Bölmə:Karusel / Kriminal | çapa göndər
123 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 07-03-2025 | Saat: 11:14
Bölmə:Karusel / Kriminal | çapa göndər
Biləsuvar rayonunda ölümlə nəticələnən bədbəxt hadisənin təfərrüatı məlum olub.
Qarabaginfo.az xəbər verir ki, martın 6-sı saat 21 radələrində 1995-ci il təvəllüdlü Eyvaz Bağırlının yaşadığı Təzəkənd kəndindəki evdə tüfənglə ehtiyatsız davranması nəticəsində atəş açılıb. Güllə onun 1968-ci il təvəllüdlü atası İqbal Bağırova dəyib.
Xəstəxanaya yerləşdirilən İ.Bağırov orada ölüb, oğlu saxlanılıb.
Ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-58” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ilkin məlumatlarda İqbal Bağırovun özünün ehtiyatsızlıqdan atəş açdığı və bu zaman güllə xəsarəti alaraq öldüyü bildirilirdi. Mərhum Təzəkənd kənd icra nümayəndəsinin qardaşıdır və pambıqtoplama məntəqəsində çalışırmış.
Xəbəri paylaş
Digər xəbərlər
11-10-2024, 07:57
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 63 fələstinli həlak olub
14-09-2020, 16:21
Soçidə Putinlə Lukaşenko arasında danışıqlar başladı
21-08-2026, 09:49
ABŞ benzinin ucuzlaşdırılması üçün fövqəladə tədbir görür
23-05-2024, 14:20
Prezident İlham Əliyev: Transxəzər nəqliyyat dəhlizi Avropa və Mərkəzi Asiya üçün getdikcə daha çox əhəmiyyət kəsb edir
26-06-2021, 11:54
“Azərsu” gücləndirilmiş iş rejiminə keçib
30-06-2025, 14:20
Sahibə Qafarova Özbəkistana səfər edib
10-02-2026, 11:38
Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında mübarizəyə başlayır















