Saytımızı qiymətləndirin


 
 

"Ermənilər başlarının üstündən bayrağımızı assınlar, qaz da verək, su da..."
Tarix: 31-03-2022 | Saat: 12:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

“Xankəndi bizim ərazidir. İstəsək də, istəməsək də ermənilər orada yaşayır. Öz ərazilərimizə qaz verməyə hazırıq".

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Yenisabah.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

O, martın 30-dan etibarən Rusiya sülhməramlıların nəzarətində olan “Azəriqaz”ın Xankəndiyə qaz verilməsi mövzusunu şərh edib:  

“Xankəndi bizim ərazidir. İstəsək də, istəməsək də, ermənilər orada yaşayırlar. Öz ərazilərimizə qaz verməyə hazırıq. Sadəcə, bu insanlar separatçı əməlləri ilə özlərinə "Dağlıq Qarabağ Respublikası" düzəldib, ordu yaradıblar. Bu əməllərinə son qoymalıdırlar”.

Novella Cəfəroğlunun sözlərinə görə, Qarabağ erməniləri Azərbaycan qanunlarına tabeçilik halında, hər şeylə təmin olunacaqlar:

“Bizim bayrağı başlarının üstündən assınlar, danışıqlara otursunlar. Onlara o zaman qaz da, iş də verəcəyik. Demirik ki, Xankəndindən çıxıb gedin. Deyirik ki, vətəndaşımızsız, orada qalın. Sadəcə silahları atsınlar. O zama qazlarını, sularını, hamısın verərik”.

Hüquq müdafiəçisi Zəngəzur dəhlizinin açılmasının vacibliyindən danışıb:

“Bir qrup erməni deyir ki, Azərbaycanla münasibətləri yaxşılaşdırıb, sənədlərə imza atmalıyıq. Lakin bəziləri Zəngəzur dəhlizinin açılmasından ehtiyat edirlər. Düşünürlər ki, Zəngəzuru açsaq, azərbaycanlıların əlində qalacayıq.

Zəngəzur hamımıza vacibdir. Siyasi, iqtisadi, sülh tərəfdən qoruyucu bir yoldur. O yolu açsalar, Avropaya, Türkiyəyə yol açılacaq. Hələ ki, bizi başa düşənlərlə danışıqlar aparırıq”.

Nəzrin Vahid



Xəbəri paylaş

250 dəfə oxunub.

Digər xəbərlər