Tarix: 04-04-2022 | Saat: 12:07
Bölmə:Karusel / Kriminal | çapa göndər
Rusiyada 2017-ci ildə “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamı Cabir Həsənovu qətlə yetirməkdə təqsirləndirilən, kriminal aləmdə “Yeraz Camal”, “Piter Camal” kimi tanınan Camal Həsənovun məhkəməsinin vaxtı məlum olub.
Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 8-ə təyin edilib.
Qeyd edək ki, “Yeraz Camal” Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev, "qanuni oğru" Hacı Beyləqanski ilə birlikdə 2017-ci ildə İstanbulda “Lotu Quli”yə qarşı sui-qəsd etməkdə şübhəli bilinərək tutulub. Bir müddət sonra məhkəmə onları sərbəst buraxıb.
Rusiya mətbuatında gedən məlumatlara görə, “Lotu Quli”nin öldürülən adamı Cabir Həsənov Rövşən Lənkəranskinin qətlində iştirak edib. Bu səbəbdən də “Yeraz Camal” qisas məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərinə gedərək Cabir Həsənovu güllələyərək qətlə yetirib.
Camal Həsənov ötən il oktyabrında hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən tutulub.
Digər xəbərlər