Saytımızı qiymətləndirin


 
 

Almaniya XİN 40 diplomatının Rusiyada "qara siyahı"ya salınmasına münasibət bildirib
Tarix: 25-04-2022 | Saat: 18:43
Bölmə:Karusel / Siyasət | çapa göndər

Annalena Berbok

Almaniyanın xarici işlər naziri Rusiyanın bu ölkənin 40 diplomatını "persona non-qrata" elan etməsinı münasibət bildirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok "Twitter"də yazıb.

"Rusiyanın 40 diplomatımızı ölkədən çıxarmasına haqq qazandırmırıq. Getdikcə daha çox artan xoşagəlməz şərtlərə baxmayaraq, bizim həmkarlarımız Rusiyada şəffaflıqla, səmimi maraqla və işlərinə sadiq çalışıblar. Rusiya bu addımlarla daha çox özünə zərər verir.

Bizim səfirliyin əməkdaşlarından fərqli olaraq, 3 həftə əvvəl ölkəmizdə "arzuolunmaz şəxs" elan olunan Rusiya səfirliyinin əməkdaşları diplomatiya xidmətində bir gün də qalmadılar. Onların fəaliyyəti Almaniyada sığınacaq axtaranların hamısının həyatını təhdid edirdi - biz buna daha dözə bilməzdik və gələcəkdə də dözməyəcəyik", Annalena Berbok bildirib.



Xəbəri paylaş

1287 dəfə oxunub.

Digər xəbərlər