Tarix: 01-09-2024 | Saat: 20:40
Bölmə:Karusel / Siyasət | çapa göndər
"Seçki məntəqələrində müxtəlif partiyaların nümayəndələri iştirak edirdilər ki, bu da şəffaflığın göstəricisidir".
Qarabaginfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Parlament Təşkilatının Baş katibi (İPC) Sitara Ayaz mətbuat konfransında deyib.
O, əlavə edib ki, Azərbaycanda seçkilər hər hansı təzyiq və məcburiyyət olmadan həyata keçirilib.
Beynəlxalq Parlament Təşkilatı baş katibinin sözlərinə görə missiya günün sonunda bir seçki məntəqəsinə də baş çəkərək, səslərin sayılması prosesini də müşahidə edib:
"2024-cü il sentyabrın 1-də Azərbaycanda növbədənkənar Parlament Seçkilərini müşahidə etdikdən sonra sizə müraciət etməkdən qürur duyuram. Seçki prosesini belə yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan hökuməti və xalqını təbrik etmək istərdim. Biz bu seçki prosesi boyu nümayiş etdirilən aşkarlıq və şəffaflıqdan məmnun qaldıq. Əminliklə deyə bilərəm ki, bu seçki prosesi şəffaf şəkildə həyata keçirilib. Saat 10:00-dan müşahidə missiyamıza başladıq və 10-a yaxın seçki məntəqəsində olduq. Bakı sakinlərinin öz seçki hüququndan həvəslə istifadə etdiyinin şahidi olduq. Biz məmnuniyyətlə bildiririk ki, seçkilər təzyiq və məcburiyyət olmadan keçdi. Seçki məntəqələrindəki heyət yaxşı hazırlanmışdı. Günün sonunda bir seçki məntəqəsinə də baş çəkərək, səslərin sayılması prosesini də müşahidə etdilər. Orada müxtəlif partiyaların nümayəndələri də vardı. Bu da bizim diqqətimizi cəlb etdi".
Digər xəbərlər