Saytımızı qiymətləndirin


 
 

Putin Tokayev tərəfindən alçaldıldığından hiddətlənərək Qazaxıstan üçün "hədiyyələr" hazırlayıb...
Tarix: 20-06-2022 | Saat: 17:39
Bölmə:Karusel / Dünya | çapa göndər

Putin Tokayev tərəfindən alçaldıldığından hiddətlənərək Qazaxıstan üçün
"Putin bu forumda özünü büsbütün oda verib..."
 
"Kim Belarusu xilas edib? Rusiya! Kim Qazaxıstanı xilas edib? Rusiya! Kim Ermənistanla Azərbaycan arasında müharibəni dayandırıb? Yenə Rusiya!"
 
"KTMT-çilər, nədən susursunuz, niyə əcdadlarımızı qətlə yetirən benderlərə, nasistlərə və faşistlərə qarşı mövqetiniz yoxdur? Çünki sanksiyalardan qorxursunuz..."
 
"Marqarita Simonyan diskusiyanı qətiyyən düzgün aparmayıb...bu, Putinin tam iflası deməkdir"
 
Tanınmış rusiyalı sahibkar Dmitri Potapenko mediamenecer Marqarita Simonyanı Sankt-Peterburqda keçirilən iqtisadi forumda diskusiya zamanı Rusiya liderinin xoşagəlməz vəziyyətə düşməsində suçlayıb.
 
Qarabaginfo.az xəbər verir ki, bu barədə o, "Azadlıq" radiostansiyasının jurnalistinə verdiyi müsahibədə bəyan edib.
 
"Mən hesab edirəm ki, Marqarita Simonyan diskusiyanı qətiyyən düzgün aparmayıb. O, Putinin qatı tərəfdarıdır (onu "rəis" adlandırır). Belə diskusiyaları respondentin potensial cavabını anlamaqla aparmaq qabiliyyətinə malik olmalısan. Bu, tam iflas deməkdir.
 
Hazırda Rusiya çox xoşagəlməz vəziyyətə düşüb, çünki bu, ictimaiyyət qarşısında səsləndirilən bəyanatdır və onu gizlətmək mümkün deyil. Əgər bu sual və oba verilən cavab olmasaydı, nəsə düşünmək olardı. Burada isə maskalar atılıb. Hamı anlayırdı ki, cavab məhz belə olacaq.
 
Əgər Putin səmimi olaraq hesab edir ki, diskusiyalara ağıllı deyil, loyal adamları götürmək lazımdır, mən sizi məyus edəcəyəm. Daxili siyasət idarəsi belə düşünür: nəhayət, loyal deyil, ağıllı adamlarla işləməyə başlayın, mütəxəssis insana deyil, məqsədə loyallıq göstərir. Bu, adıçəkilən diskusiyanın əsaslı yanlışlığıdır", - Potapenko deyib.
 
Onun sözlərinə görə, Putinin sifət cizgiləri, mimikası onun "özünü tamamilə oda verməsini" nümayiş etdirib:
 
"Hər şey tam aydın olub. Qeyri-rəsmi kadrlardan görünür ki, onun pozası dəyişib, başını aşağı dikib. Aydındır ki, mətnə nəzarət etməyi bacaran normal siyasətşi kimi o, deməyib: "Sən nə böhtan atırsan, ay yaramaz?!" Lakin Putinin sifətinə maska düşüb, ovurdları şişib, üzünü başqa səmtə yönəldib. Yəni o, özünü büsbütün oda verib".
 
Potapenkonun fikri Putinin Qazaxıstan prezidentinin "General SVR" Telegram-kanalında dərc edilən münasibəti ilə üst-üstə düşüb.
 
"Bazar günlərini Putin Qazaxıstan prezidentinin adı ilə bağlı fikirlərilə keçirib. Biz Putinin Tokayevin ünvanına səsləndirdiyi epitet və senzuradankənar ifadələrini bir kənara qoyaq, bu axmaqlığı onun vicdanına buraxaq.
 
Cümə günü axşamdan başlayaraq iki gün ərzində Putin Tokayevin Sankt-Peterburq beynəlxalq iqtisadi forumundakı çıxışını müxtəlif formatlarda öz həmsöhbətləri ilə müzakirə edib.
Putin tam hiddət içindədir və qonağından nədən "belə alçaltmalara" layiq olmasını anlamaq istəyib.
 
Putinin əsas iradını Qazaxıstan prezidentinin "şərq mənşəli" olmasına yönəldib, şərqdə isə qonaq ənənələrə sadiq qalmalı və ev sahibini alçalda biləcək ifadələrə yol verməməlidir. Ola bilsin qeyri-adi bir şey baş verməyib, səsləndirilən sözlər prezident iqamətgahında havadan asılı qalacaqdı. Amma Putin çox bərk inciyib, ətrafındakı yaltaqlar isə qisas mövzusundan yapışıb, ona görə də elə bazar günü axşam o, Tokayevə "hədiyyələr" hazırlamağı tapşırıb.
 
Hələlik, heç bir ciddi və konkret bir şey yoxdur, amma Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə cərəncamlar verilib və yaxın gələcəkdə onlar Qazaxıstanın şimal əraziləri ilə bağlı olacaq.
 
Üstəgəl Rusiya ərazisində olan Qazaxıstan vətəndaşları, habelə qazax investisiyaları ilə bizneslə məşğul olanlar ayıq-sayıq olmalıdır, dəqiq sərəncamlar olmasa da, prezidentin ətrafındakı səlahiyyətlilərdən təkliflər gəlməkdədir",- postda belə deyilir.
 
Xatırladaq ki, Qazaxıstan prezidenti bəyan edib ki, dünyada bütün millətlərin öz müqəddəratını təyin etmək hüququ gerçəkləşərsə, dünyada xaos yaranar, BMT-nin 193 üzvü əvəzinə 500-600 üzvü yarana bilər. Bu səbəbdən də Qazaxıstan nə Tayvanı, nə Kosoconu, bə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanımır. Çox güman ki, bu prinsipdən çıxış edərək, biz kvazidövlətlər olan Donetsk və Luqanskı da tanımayacağıq.
 
Tokayevin bu bəyanatı Rusiyada neqativ münasibət doğurub. Zatulinin Rusiyanın müttəfiqlərinin inreqrasiya proseslərinə münasibətini İsveç masasına bənzədib və onları ərazi problemlərilə təhdid edib. Ramzan Kadırov da ondan geri qalmayıb:
 
"KTMT-çilər, nədən susursunuz? Niyə qonşularınızdan danışmırsınız? Niyə sizin əcdadlarımızı qətlə yetirən benderlərə, nasistlərə və faşistlərə qarşı mövqeyiniz yoxdur?
Biz axı birlikdə Banderaya qarşı vuruşmuşuq. İndi isə ABŞ və Avropanın sanksiyalarından çəkinərək, susursunuz. 
 
Kim Belarusu xilas edib? Rusiya! Kim Qazaxıstanı xilas edib? Rusiya! Kim Ermənistanla Azərbaycan arasında müharibəni dayandırıb? Yenə də Rusiya! Amma Rusiyaya kömək lazım olanda susursunuz, hamınız susursunuz, çünki sanksiyalardan qorxursunuz", - çeçen lideri belə deyib.(Moderator.az)


Xəbəri paylaş

1173 dəfə oxunub.

Digər xəbərlər