Azərbaycan Ordusunda məharət dərəcələrinin verilməsi üzrə sınaq imtahanları keçirilir - VİDEO
Tarix: 20-12-2021 | Saat: 10:29
Bölmə:Karusel / Gündəm | çapa göndər
366 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-12-2021 | Saat: 10:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi (təsdiqlənməsi) üzrə sınaq imtahanları keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun təlim mərkəzlərində keçirilən sınaqlara cəlb edilən şəxsi heyətin ümumqoşun nizamnamələri, rəhbəredici və digər normativ sənədlərlə bağlı bilikləri, fiziki və sıra hazırlıqlarının səviyyəsi sinif otaqları, o cümlədən çöl-səhra şəraitində yoxlanılır.
Hərbi qulluqçular silahlanmada olan müasir zirehli texnikanın ştat silahından və atıcı silahlardan atışlar icra edir, müxtəlif növ tırtıllı və təkərli döyüş maşınlarının, avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqları yerinə yetirirlər.
Sınaq imtahanlarının keçirilməsində məqsəd şəxsi heyətin döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılmasıdır.
Xəbəri paylaş
Digər xəbərlər
4-12-2023, 10:55
Kəlbəcərdə saxlanılan erməni diversant hakim qarşısına çıxarılır
23-12-2020, 18:53
Prezidentin Qubadlıda əsgərlə görüşündə səmimi görüntülər - Video
16-09-2022, 15:37
Ermənilərin dayaq məntəqəsi belə məhv edildi - VİDEO
16-05-2022, 15:47
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
6-10-2025, 14:14
11 həkim, 7 feldşer, 26 sanitar - Ağ xalatlı ŞƏHİDLƏR
24-02-2025, 14:36
Lavrov bu həftə Moskva və Vaşinqton arasında təmasların anonsunu verib
14-09-2024, 11:49
Kremldən Ərdoğanın Krım açıqlamasına - Cavab
21-08-2024, 10:20
Ukrayna ordusunun Kurska hücumu 31 nəfərin həyatına son qoyub
14-09-2023, 14:00
“Rusiya Qafqazda sülhü qoruya bilmir”- PAŞİNYAN


















