Rusiya sülhməramlıları Qarabağda öz vəzifələrinin öhdəsindən gələ bilmədilər.
Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, regionu Ermənistanla birləşdirən yeganə yol bağladıqdan sonra təhlükəsizlik vəziyyəti kəskin şəkildə dəyişib: “Bütün bunlar Rusiya sülhməramlılarının cavabdehlik zonasında olmalı idi. Bu problemlərin mövcudluğu Rusiya sülhməramlılarının öz missiyasını yerinə yetirməməsinin, öhdəliklərinin icrasından əl çəkdiyinin bariz göstəricisidir”.
Paşinyan qeyd edib ki, Rusiya bütün diqqətini Ukrayna ilə müharibəyə cəmləyib və artıq Qafqazda sülhü qoruya bilmir.