Saytımızı qiymətləndirin


 
 

Ali Baş Komandan: 44 günlük müharibə nəticəsində Ermənistan ordusu tam məhv edildi
Tarix: 15-06-2021 | Saat: 21:50
Bölmə:Manşet / Karusel / Qarabağ | çapa göndər

 


Ali Baş Komandan: 44 günlük müharibə nəticəsində Ermənistan ordusu tam məhv edildi
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev

"İkinci Qarabağ müharibəsi tarixdə qaldı, 44 günlük müharibə nəticəsində Ermənistan ordusu tam məhv edildi. Ermənistan diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur olub Şuşa alınandan sonra kapitulyasiya aktına imza atdı və bizim digər bölgələrimiz bir atəş açmadan bizə qaytarıldı".

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.

Dövlət başçısı deyib:

"Otuz ilə yaxın davam edən işğala son qoyuldu. Azərbaycan buna qardaş Türkiyənin dəstəyi ilə son qoydu. Otuz il ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Bu, bir daha onu göstərir ki, iradə, əzmkarlıq, güc və ədalət olan yerdə hər şey əldə etmək mümkündür. Əlbəttə, Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında bundan ruhlanaraq tarixi missiyanı yerinə yetirdi, ədaləti bərpa etdi, ərazi bütövlüyünü bərpa etdi". (Report)



Xəbəri paylaş

1296 dəfə oxunub.

Digər xəbərlər