Saytımızı qiymətləndirin


 
 

Şeyx Heydər türbəsi yeni abidə kimi qeydiyyata alınıb
Tarix: 26-04-2022 | Saat: 10:18
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bəzi Kütləvi İnformasiya Vasitələrində və sosial mediada Şeyx Heydərin türbəsi olduğu ehtimal olunan tarixi tikilinin fotoları paylaşılıb.

 

Mədəni İrsin Qorunması və Bərpası Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqədar şöbəsinin müdiri Nuridə Allahyarova Qarabaqinfo.az-a bildirib ki, 2001-ci ildə təsdiq edilmiş daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə bu türbə daxil edilməyib:

 

"Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər nəticəsində Xızı rayonu Tıxlı kəndinin 3-4 km Şimal-şərqində yerləşən Şeyx Heydər türbəsinin qalıqları yeni aşkar edilmiş abidə qismində qeydiyyata alınıb. Təbii təsirlər nəticəsində türbənin az bir hissəsi günümüzə qədər gəlib çıxıb".

 

"Bir müddət əvvəl həmin türbənin ön və arxa hissəsində naməlum şəxslər tərəfindən qanunsuz qazıntı işlərinin aparıldığı aşkar edildikdən sonra, Dövlət Xidmətinin Şabran regional idarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, belə müdaxilələrin qarşısının alınması istiqamətində tədbirlər görülüb", - N.Allahyarova qeyd edib.



Xəbəri paylaş

1227 dəfə oxunub.

Digər xəbərlər