Saytımızı qiymətləndirin


 
 

BƏƏ şeyxi rusiyalı oliqarxlara kömək etdiyinə görə sanksiyalarla üzləşə bilər
Tarix: 03-10-2022 | Saat: 18:05
Bölmə:Karusel | çapa göndər

Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini Şeyx Mənsur bin Zayed Əl Nəhyan Böyük Britaniyada cinayət işi ilə üzləşə bilər. Səbəb isə qurum rəhbərinin Rusiya milyarderlərinə sanksiyalardan yayınmağa kömək etməsidir.

Bildirilir ki, beynəlxalq cinayət hüquqşünasları Ris Devis və Ben Keyt Böyük Britaniya Xarici İşlər Nazirliyinə Şeyx Mənsurun BƏƏ-yə sanksiya olunmuş pul axınında “mərkəzi rol” oynaması ilə bağlı kəşfiyyat məlumatı ötürüblər.

Hüquqşünasların sözlərinə görə, BƏƏ hazırda sanksiya altında olan Putin tərəfdarları üçün bir məkan kimi qəbul edilir, rusiyalı milyarderlər gəlirlərini gizlətmək üçün əmirliklərə gedərək daha çox Şeyx Mənsurun ofisinə üz tuturlar.

Onların sözlərinə görə, Rusiya prezidenti ilə birbaşa əlaqəsi olan 38-dən çox iş adamı və məmur BƏƏ-də dəyəri 314 milyard dollardan çox olan əmlaka sahibdir.



Xəbəri paylaş

1173 dəfə oxunub.

Digər xəbərlər