Saytımızı qiymətləndirin


 
 

DYP-dən xarici dövlət qeydiyyat nişanlı maşınlara xəbərdarlıq
Tarix: 09-03-2024 | Saat: 12:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

DYP-dən xarici dövlət qeydiyyat nişanlı maşınlara xəbərdarlıq

DİN-in Baş DYP İdarəsi xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə ölkəmizdə sərnişin və yük daşımaları həyata keçirən şəxslərə xəbərdarlıq edib.

 

Qarabaqinfo.az xəbər verir ki, xəbərdarlıqda deyilir:

 

"Ölkədaxili sərnişin və yük daşımaları sahəsində dövlət nəzarətinin təkmilləşdirilməsi, bu fəaliyyət növü ilə məşğul olan hüquqi və fiziki şəxslərin mənafeyinin qorunması, eləcə də göstərilən xidmətin daha rahat və təhlükəsiz həyata keçirilməsini təmin etmək məqsədilə tədbirlər davam etdirilir.

 

Ölkəmizdə qeyri-müntəzəm daşıyıcıların qarşılaşdığı əsas problemlərdən biri xarici dövlət nömrə nişanlı avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir ki, bu da leqal daşıyıcıların rentabelliliyinə ciddi zərbə vurur.

 

Problemin aradan qaldırılması məqsədilə müvafiq təkliflər əsasında 01.10.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə resbublika ərazisində ölkədaxili sərnişin və yük daşımalarının həyata keçirilməsi inzibati xəta hesab olunur.

 

Məcəlləyə əsasən sözügedən xətanı ilk dəfə törədən şəxslər 400 manat məbləğində, təkrar törədənlər isə 1000 manat məbləğində cərimə edilir.

 

Odur ki, bir daha belə fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş olunur ki, qanunvericilikdə nəzərdə tutulmuş normalara ciddi riayət etsinlər".



Xəbəri paylaş

171 dəfə oxunub.

Digər xəbərlər