Tarix: 07-12-2023 | Saat: 10:17
Bölmə:Karusel / Hadisə | çapa göndər
Hazırda zəif afterşoklar qeydə alınır.
Bu barədə Qarabaginfo.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
***
09:11
Bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib.
Bu barədə Qarabaginfo.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub.
Zəlzələ ocağının dərinliyi 68 km-dir.
***
08:38
Xəzər dənizində 68 km dərinlikdə, 5,6 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub.
Bu barədə Qarabaginfo.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
***
08.17
Azərbaycanda zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Qarabaginfo.az-a bildirib ki, ilkin məlumata əsasən Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub.
Digər xəbərlər