Saytımızı qiymətləndirin


 
 

Gələn il turizm sektoru iqtisadi artımın aparıcı qüvvəsi olacaq
Tarix: 10-11-2021 | Saat: 18:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Gələn il turizm sektoru iqtisadi artımın aparıcı qüvvəsi olacaq

Turizm sektorunun 2022-ci ildə də iqtisadi artımın aparıcı qüvvəsi olacağı proqnozlaşdırılıb.

Qarabaginfo.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi” layihəsinə rəyində əksini tapıb.

Beləliklə, 2021-ci ildə 23,1% artacağı gözlənilən bu sektorun real artım tempinin növbəti ildə 2 dəfə sürətlənməklə, 48,2%-ə yüksələcəyi nəzərdə tutulub. Sözügedən sahə üzrə 2021-ci ildə gözlənilən yüksək artım tempi 2020-ci ildə bu sahədə 60,0%-ə yaxın əhəmiyyətli azalma (aşağı baza effekti) ilə əlaqəli olsa da, 2022-ci ildə də artım tempinin 2 dəfə sürətlənəcəyi, həmçinin növbəti illər üzrə də yüksək artım templərinin müşahidə ediləcəyi nəzərdə tutulub.

Xatırladaq ki, 2009-2019-cu illər ərzində turizm üzrə orta artım tempi 14,0% olub, baxılan müddət ərzində ölkədə müxtəlif miqyasda əhəmiyyətli beynəlxalq tədbirlərin keçirilməsi fonunda ən yüksək real artım tempi kimi 32,0% qeydə alınıb.



Xəbəri paylaş

1218 dəfə oxunub.

Digər xəbərlər