Saytımızı qiymətləndirin


 
 

Luis de la Fuente 2032-ci ilə qədər İspaniya yığmasını çalışdıracaq
Tarix: 21-09-2026 | Saat: 21:24
Bölmə:Karusel / Dünya | çapa göndər

Luis de la Fuente

 

İspaniya Kral Futbol Federasiyası (RFEF) milli komandanın baş məşqçisi Luis de la Fuente ilə müqavilənin müddətini artırıb.

Qarabaginfo.az xəbər verir ki, RFEF-in İdarə Heyəti 65 yaşlı mütəxəssislə əməkdaşlığın 2032-ci ilə qədər davam etdirilməsini yekdilliklə təsdiqləyib.

De la Fuente 2022-ci ilin dekabrından İspaniya millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda 2023-cü ildə UEFA Millətlər Liqasının, 2024-cü ildə Avropa çempionatının, 2026-cı ildə isə dünya çempionatının qalibi olub.

Yeni anlaşma mütəxəssisin AVRO-2028, 2030-cu il dünya çempionatı və AVRO-2032-də də İspaniya millisinin “sükanı arxasında” qalmasını nəzərdə tutur.

Qeyd edək ki, DÇ-2030-un əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq. Turnirin yüzilliyi münasibətilə Paraqvay, Uruqvay və Argentinada da oyunlar keçiriləcək.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər