Saytımızı qiymətləndirin


 
 

Kanadanın Baş naziri ABŞ-la ticarət razılaşması əldə etməklə bağlı irəliləyişin olduğunu bildirib
Tarix: 14-11-2026 | Saat: 19:41
Bölmə:Karusel / Dünya | çapa göndər

Kanadanın Baş naziri Mark Karni

 

ABŞ və Kanada ticarət müqaviləsi imzalamağa doğru irəliləyiş əldə edib.

“Reuters“in xəbərinə görə, bunu Kanadanın Baş naziri Mark Karni deyib.

O, ABŞ prezidenti Donald Trampla uzun və hərtərəfli fikir mübadiləsi apardığını, iki ölkənin ticarət müqaviləsi imzalamaq yolunda irəli addım atdığını bildirib.

Karney əlavə edib ki, Kanada NATO-dan ayrılmaq niyyətində deyil və Avropanın təhlükəsizlik arxitekturası yalnız azad Avropa və NATO tərəfindən təyin edilə bilər, Rusiya tərəfindən yox.

Qeyd edək ki, ABŞ və Kanada arasında ticarət böhranı 2025-ci ilin fevralında ABŞ Prezidenti Donald Trampın Kanada mallarına yüksək gömrük rüsumları tətbiq etməsi ilə başlayıb.



Xəbəri paylaş

16 dəfə oxunub.

Digər xəbərlər