Saytımızı qiymətləndirin


 
 

İlon Mask özünə və işçilərinə ayrıca şəhər qurur
Tarix: 10-03-2023 | Saat: 10:54
Bölmə:Karusel / Dünya | çapa göndər

Amerikalı sahibkar İlon Mask öz şəhərini quracaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Tikinti işləri milyarderin Texas ştatının Ostin şəhəri yaxınlığında aldığı torpaq sahəsində aparılacaq.

Nəşrin yazdığına görə, Mask və onun şirkətlərinin işçiləri şəhəri “Texas utopiyası” kimi təsvir edir. Bu şəhər Kolorado çayı boyunca yerləşəcək və işçilərin yaşayıb işləyə biləcəyi yer olacaq.

Planlaşdırılan şəhər Maska məxsus “SpaceX” və “Boring Company”nin hazırda tikilməkdə olan obyektlərinə bitişik olacaq. Artıq orada bir neçə modul ev, hovuz, açıq idman meydançası və idman zalı var.

Texas qanunlarına görə, ən azı 201 sakin olduqda bir şəhər qeydiyyata alına bilər. Yerli rəhbərlik hələ ki sahibkardan müraciət daxil olmadığını bildirib.(Azpost.info)



Xəbəri paylaş

188 dəfə oxunub.

Digər xəbərlər