Saytımızı qiymətləndirin


 
 

Saxta COVID-19 pasportu ilə 101 nəfəri Rusiyaya aparmaq istəytən şirkət rəhbərinə cinayət işi açılıb
Tarix: 09-12-2021 | Saat: 12:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda 40 nəfərə saxta COVID pasportu satanlar saxlanılıb

Vətəndaşlara saxta COVID-19 vaksin sertifikatı təqdim edən şəxslər barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, saxta COVID-19 testinin neqativ nəticələrini özündə əks etdirən arayışların verilməsi ilə məşğul olan bir qrup şəxslərin qanunazidd əməlləri ifşa edilib.

Belə ki, 101 nəfər şəxsin tikinti prosesinə cəlb edilməsi məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərinə getmələri üçün saxta COVID-19 testinin neqativ nəticələrini özündə əks etdirən arayışlar ilə 18 may 2021-ci il tarixdə Gəncə Beynəlxalq Hava Limanından həmin istiqamətə uçmaq istədikləri zaman yoxlanışdan keçərkən test nəticələrinin saxta olması faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə araşdırılmış cinayət işinin istintaqı tamamlanıb.

Aparılan istintaqla müəyyən edilib ki, Seymur Mürsəlov müəyyən məbləğdə pul vəsaitini təqdim etməklə “ƏSR TRAVEL” MMC-nin direktoru Əsgər Bayramov və “ARKAN GROUP” MMC-nin direktoru Tünzalə Əliyevanı 101 nəfər şəxsin adına saxta COVID-19 testinin neqativ nəticələrini özündə əks etdirən arayışlar hazırlamağa və bununla da vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik edib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Seymur Mürsəlovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rəsmi sənədləri saxtalaşdırmaya təhrik etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, Cinayət Məcəlləsinin 32.4, 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4, 320.1 (rəsmi sənədləri saxtalaşdırmaya təhrik etmə) və 32.4, 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.



Xəbəri paylaş

270 dəfə oxunub.

Digər xəbərlər