Saytımızı qiymətləndirin


 
 

Tramp: Ukrayna və İranla bağlı müharibələrin başa çatmasına yaxınıq
Tarix: 22-10-2026 | Saat: 08:21
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin və İranla hərbi qarşıdurmanın yaxın vaxtlarda başa çata biləcəyini bildirib.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

ABŞ Prezidenti indiyədək səkkiz müharibənin və ya hərbi qarşıdurmaya çevrilmək təhlükəsi olan vəziyyətin nizamlanmasına nail olduğunu iddia edib.

“Mən səkkiz müharibəni və ya müharibəyə çevrilmək üzrə olan vəziyyəti həll etmişəm. İndi daha iki müharibənin – Rusiya ilə Ukrayna arasındakı münaqişənin və İranla müharibənin başa çatmasına yaxınıq. Onlar bu və ya digər şəkildə sona çatacaq”, – Tramp vurğulayıb.

ABŞ lideri mümkün razılaşmaların konkret şərtləri və müddətləri barədə əlavə məlumat verməyib.



Xəbəri paylaş

11 dəfə oxunub.

Digər xəbərlər