Tarix: 09-04-2024 | Saat: 16:41
Bölmə:Karusel / Region | çapa göndər
Ermənistan parlamenti Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasını müzakirə edir.
Qarabaginfo.az “news.am”a istinadən xəbərinə görə, iclas qapalı rejimdə keçirilir.
İclasdan əvvəl jurnalistlərə açıqlama verən müxalif “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan müzakirələrin ictimaiyyətə açıq olmasının vacibliyini vurğulayıb.
Bildirib ki, müxalifət toplantı tələbini irəli sürəndə məhz bu faktoru nəzərə alıb.
Parlamentin spikeri Alen Simonyan bildirib ki, keçmiş müdafiə naziri, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan da daxil olmaqla, bir neçə deputat iclasa buraxılmayıb. O bunu parlamentin reqlamenti ilə əlaqələndirib.
Deyib ki, reqlamentin tələblərinə əsasən siyahıda yer alan deputatların məxfi informasiyaya çıxışı qadağan edilib.
Qeyd edək ki, iclasda Baş nazirin müavini, hökumətlərarası komissiyanın həmsədri Mqer Qriqoryan, eləcə də xarici işlər naziri Ararat Mirzoyanın məruzələri dinləniləcək.
Digər xəbərlər